“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində ÇALIŞACAQ

 16:24 07.11.2023     293

SOCAR “Azəriqaz” İB bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Redaktor.az xəbər verir ki, bu barədə birlikdən məlumat verilib.

Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) inzibatı binasında,  Xəzər və Qaradağ  xidmət sahələrində bayram günləri (8 və 9 noyabr tarixləri) saat  10:00-dan 14:00-a qədər, qeyri-iş günləri (10,11,12 noyabr tarixləri) saat 10:00-dan 17:00-dək, həmçinin “ASAN Kommunal” mərkəzlərində 11 noyabr tarixindən vətəndaşlara xidmət göstəriləcək. 24/7 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək. Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.