“Azəriqaz” tərəfindən bu qədər yeni qaz xətti çəkilib
“Cari ilin 10 ayı ərzində SOCAR “Azəriqaz” İB tərəfindən 392 km yeni qaz xətti çəkilib”.
Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
Onun sözlərinə görə, istismar müddəti başa çatan, korroziyaya məruz qalan qaz xətlərinin yenilənməsi istiqamətində də işlər davam etdirilir:
“Görülən işlər nəticəsində 253 km uzunluğunda qaz xətti təmir edilib”.
Həmidə İBRAHİMLİ