Qazdan istifadə limitlərinin son statistikası AÇIQLANDI
2023-cü ilin yanvar-oktyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 520 814 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 60,2 %) qazdan istifadə edib.
Redaktor.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuata açıqlamasında bildirib.
O deyib ki, 866 510 abonent 20 qəpik tarifilə (ümumi abonentlərin 34,3%), 138 945 abonent 25 qəpik tarifilə (ümumi abonentlərin 5,5 %) qazdan istifadə edib.
Həmidə İBRAHİMLİ