"Biz tarif məsələlərinə qarışacaq qurum deyilik" - Eldəniz Vəliyev

 17:50 17.11.2023     386

"Biz dəfələrlə vurğulamışıq ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq xidmət sahəsiyik. Xidmət qurumuyuq və xidmət qurumu o deməkdir ki, bizə verilən qaydalara əsasən fəaliyyətimizi təşkil edirik".

Bu sözləri Redaktor.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bölgələrdə limitlə bağlı hansısa güzəştlərin olub-olmayacağı ilə bağlı sualını cavablayərkən deyib.

Onun sözlərinə görə, bu yaxınlarda qaz təchizatına aid qanuna əlavə və dəyişikliklər oldu:

"Cənab Prezidentin Fərmanı ilə həmin əlavə və dəyişikliklər təsdiq olundu. Hökumətə, Nazirlər Kabinetinə həmin Fərmandan irəli gələn qaydaların müəyyənləşdirilməsi tapşırığı verildi. Biz o tapşırığı gözlədik. Nazirlər Kabineti ən müxtəlif səviyyələrdə, hətta bizim rəhbərliyin iştirakı ilə, digər dövlət qurumlarının iştirakı ilə aylarla müzakirə etdi. Bu qaydalar təsdiq olundu və qaydalar bizə göndərildi. Biz bundan sonrakı prosesdə də işlərimizi həmin qaydalara uyğun qurduq. Yəni demək istəyirəm ki, biz xidmət sahəsiyik. Biz nə limitə, nə tarif məsələlərinə qarışacaq bir qurum deyilik. Xidmət qaydaları nəyi göstərirsə, biz o əsasda da işimizi təşkil edirik",

Həmidə İBRAHİMLİ