Dövlət bu ailələrin uşaqlarını pulsuz qidayla təmin edə bilər - Deputatdan TƏKLİF
"Şirvan, Sabirabad, İmişli və Şərqi Zəngəzur istiqamətində dəmir yolu xətti çəkilməlidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat İltizam Yusifov deyib.
“Çünki həmin bölgələrdən paytaxta gəlib işləyənlər var, təhsil alan tələbələr var. Bu yolla tıxacın qarşısını da ala bilərik. Gələn il təhsil xərcləri ötən ilə nisbətən 3.12 faiz artırılır".
Deputat məktəblilərin zəhərlənmə hallarına da toxunub: "Uşaqların qidalanması üçün 4.1 faiz vəsait ayrılıb. Bir müddət əvvəl uşaqların dönərdən zəhərlənməsi geniş müzakirə olundu. Biz imkansız ailələrin uşaqlarının qidalanması istiqamətində addımlar ata bilərik, onları dövlət pulsuz qidayla təmin edə bilər”,- deyə deputat bildirib.
Humay İSGƏNDƏRLİ