"Bu həkimlərin aylıq həvəsləndirici sabit əlavələri 600 manatdır"

 12:08 22.11.2023     306

“Həkimlərin aylıq vəzifə maaşlarına tətbiq edilən aylıq həvəsləndirici sabit əlavələr ailə həkimi vəzifəsi üzrə çalışan həkimlər üzrə 500,00 manatdır”.

Redaktor.az xəbər verir ki, bunu İcbari tibbi sığorta  haqlarının uçotu şöbəsinin müdiri Səməd Səmədov “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlimdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, statistika bölməsinin rəhbəri vəzifəsində çalışan həkimin aylıq həvəsləndirici sabit əlavələri 600,00 manatdır:

“Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim 650,00 manat, həkim statistik və həkim-metodist vəzifəsi üzrə çalışan həkimlərin isə aylıq həvəsləndirici sabit əlavələri 500,00 manatdır”.

Həmidə İBRAHİMLİ