"Kimsəsiz qızlara "elçi" düşənlərin əksəriyyəti xüsusi qayğıya ehtiyacı olanlardır" - Kəmalə Ağazadə

 10:42 23.11.2023     529

2023-cü ilin 10 ayı ərzində qaynar xəttimizə daxil olan zənglərdən 74 vacib hesab etdiyimiz müraciətlərin təhlilini apardıq.

Redaktor.az xəbər verir ki, bunu "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, 74 nəfər müraciət edərək evlilik məqsədi ilə Uşaq Sığınacağından kimsəsiz qızla evlənmək istədiyini bildirib:

"1. 55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib.

2. 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib.

3. 5 nəfər kişi müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini bildirib.

5 kişidən 3 nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə, yaş həddi 29-42 yaş arasındadır.

Ən əsası!!! Kimsəsiz qızlara "elçi" düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını bildirib. 31 nəfər bildirib ki, epilepsiyası, "uşaq" kimidir -yəni əqli geriliyi var.  37 nəfər  fiziki qüsurlu -DSP, görmə qabiliyyətsiz, eşitmə qabiliyyəti məhdud və ya digər xəsarətlidir.

Yalnız 1 müraciət  kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qaynana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib".

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən