"Azəriqaz"a daxil olan müraciətlərin sayı açıqlandı

 11:28 24.11.2023     258

"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 10 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 9831 müraciət daxil olub".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 4420 müraciət "Opentext" proqramı vasitəsilə, 5411 müraciət isə elektron formada daxil olub:

"Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 10 ayı ilə müqayisədə 783 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması,  qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır".

Həmidə İBRAHİMLİ