"Azərbaycan həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək"
![](https://img.redaktor.az/news/2023/11/photo_223859.jpg)
Azərbaycan qlobal miqyasda baş verən dekorbanizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir.
Redaktor.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək: “Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”.
Dünya Bankı bu hesabatla üzv ölkələrə öz tövsiyələrini açıqlayır: “Bundan başqa biz dayanıqlı artım üçün müvafiq tövsiyələri açıqlayırıq”.