Daha bir Vətən müharibəsi qazisinin istəyi yerinə yetirildi
Ağdaş rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Kərimov Çərkəzin valideynləri fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılması ilə bağlı SOCAR-ın “Azəriqaz” İB-yə müraicət ünvanlayıblar.
Redaktor.az-a bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Ünvanlanan müraciətlə bağlı Birlik tərəfindən dərhal reaksiya verilib. Qazi Kərimov Çərkəzin yaşadığı fərdi yaşayış evi qazlaşdırılaraq qapı keçidi quraşdırılıb.
Daha ətraflı video materialda: