Bələdiyyələrin topladığı icarə haqqı iki dəfə artıb
Yerli büdcə gəlirlərinin artımına nail olmaq üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən səmərəli istifadə olunması, xüsusən icarəyə verilmiş torpaq sahələrinin icarə haqlarının mövcud bazar məzənnələrinə uyğunlaşdırılması üçün bələdiyyələrlə davamlı iş aparılır.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.
O qeyd edib ki, 2021-2022-ci illər ərzində bələdiyyələr tərəfindən 34 min hektardan çox torpaq sahəsini əhatə edən 3900-dən artıq icarə müqaviləsi üzrə qiymətlərin bazar məzənnələrinə uyğunlaşdırılması nəticəsində həmin icarə müqavilələri üzrə ümumilikdə icarə haqqının məbləği 1.5 milyon manat artaraq 2.9 milyon manata qalxıb.
Qeyd edək ki, Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilir.