"Azəristilik" və “Azəriqaz” arasında ciddi olaraq heç bir problem yoxdur"
“Azəristilik" və “Azəriqaz” İB arasında ciddi olaraq heç bir problem yoxdur. Amma debitor borclar var.
Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
Onun sözlərinə görə, bu rəqəmlər kifayət qədər cəlbedici rəqəmlərdir:
“Azəristilik" Açıq Səhmdar Cəmiyyətinin 01.11.2023-cü il tarixindən SOCAR "Azəriqaz" İB-ə 37,5 milyon manat debitor borcu var. Bu borcun 22,9 milyon manatı təsdiqini tapıb və razılaşdırılıb. Yerdə qalan hələki müzakirə mövzusudur”.
Həmidə İBRAHİMLİ