"2026-cı ilədək 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub"

 12:23 05.12.2023     384

"Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

Baş nazir əlavə edib ki, cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir:

“Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin, 3932 nəfərin köçürülməsi təmin olunub”.

Humay İSGƏNDƏRLİ