“Bu, gözlənilən zəlzələ idi”
“Bu gün baş verən zəlzələ Azərbaycanda iyul ayının 4-də baş verən yerdə və eyni dərinlikdə baş verib”.
Redaktor.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Eyni yerdə qırılmalar olub. Bu, gözlənilən zəlzələ idi. Zəlzələdən sonra 5 afterşok qeydə alınıb. Zəlzələnin davamiyyəti 51 saniyə çəkib. Hiss olunma prosesi 47 saniyəyə yaxın olub”.
O, əhalini təşvişə düşməməyə çağırıb: “Bu, güclü zəlzələ deyil. Bəzi yerlərdə 5-6-cı mərtəbələrdə hiss olunmayıb. Biz ötən dəfə zəlzələ olanda da əhaliyə deyirdik ki, evinizə gedin, rahat olun. Bunu fala baxıb demirdik, bunların hamısı tərəfimizdən hesablanırdı”.
Qeyd edək ki, bu gün səhər saat 08:15-də Xəzər dənizində maqnitudası 5,6 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bakıda və şimal rayonlarında hiss olunub.