"Müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması ilə bağlıdır"
![](https://img.redaktor.az/news/2023/12/photo_224783.jpg)
"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 11 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 11074 müraciət daxil olub".
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Onun sözlərinə görə, 4887 müraciət "Opentext" proqramı vasitəsilə, 6187 müraciət isə elektron formada daxil olub:
""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 11 ayı ilə müqayisədə 918 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır".
Həmidə İBRAHİMLİ