Onlar da işsizlikdən sığorta ödənişi ala biləcək

 13:57 08.12.2023     336

Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihədə qeyd edilib ki, qanuna işsizlikdən sığorta ödənişinin verilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.