Naxçıvanda dekabr ayının pensiyaları ödənildi

 17:32 09.12.2023     383

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının pensiya ödənişi başa çatdırılıb.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, təqaüdçülər pullarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.