"Heydər Əliyev Sarayında dəyişikliklər olacaq"
![](https://img.redaktor.az/news/2023/12/photo_225169.jpg)
Heydər Əliyev Sarayında dəyişikliklər olacaq.
Redaktor.az xəbər verir ki, bunu Sarayın direktoru İlham Qasımov deyib.
Saraya yeni təyin olunan direktorun sözlərinə görə, iki həftəyə yaxındır iş başındadır: “Təbii ki, müəyyən planlar var və onları həyata keçirəcəyik. Düşünmürəm ki, yaxın 3 ayda nəsə eşidəcəyik, ancaq yaza doğru xəbərlər olacaq”.
Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.(Report)