“Qatarların sürət həddi bərpa olunub”
![](https://img.redaktor.az/news/2023/12/photo_225845.jpg)
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.
Bu barədə Azərbaycan Dəmir Yollarından (QSC) Redaktor.az-a bildirilib.
“Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur” ,- məlumatda qeyd olunub.