"Azəriqaz" bu dəfə Salyan sahibkarları ilə görüşəcək

 16:45 18.12.2023     338

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq.

Redaktor.az-a bu barədə birlikdən məlumat verilib.

Aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 20-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.