"Ali təhsil müəssisələrinə qızlar yüksək balla daxil olsa da, işə qəbulda oğlanlar üstünlük təşkil edir"

 11:55 19.12.2023     398

“2022-ci ildə qadınların orta aylıq əməkhaqqı kişilərə nisbətən 68.1%-i təşkil etmişdir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti" haqqında müzakirə zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.  

“Ölkənin ümumtəhsil məktəblərində oğlanların sayı qızların sayından çoxdur. 2022-2023-cü ildə yüksək nəticəni göstərənlər arasında qızlar üstünlük təşkil etmişdir. Ali təhsil müəssisələrinə qızlar yüksək balla daxil olsa da, işə qəbul prosesindən oğlanlar üstünlük təşkil edir”.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən