"İstisna hallarda erkən evliliyə icazə verən qanunu aradan qaldırmalıyıq" - Komitə sədri

 11:57 19.12.2023     291

"18 yaşadək uşaq dünyaya gətirən qadınların sayında artım müşahidə edilir". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.  

Bahar Muradova bildirib ki, erkən nigahların dinamikasında da nisbi artım var:

“Artım əsasən Qazax, Tovuz, Mərkəzi  Aran bölgələrində müşahidə edilir. Bu da göstərir ki, istisna hallarda erkən evliliyə icazə verən qanunu aradan qaldırmalıyıq”.

Humay İSGƏNDƏRLİ