"Çox yaxşı qanunlar qəbul edirik, amma icra mexanizmi çox zəifdir” - Deputat
“Təhsildən yayınan uşaqlar, xüsusilə qızlar var”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova bildirib.
“Onlar daha çox erkən yaşda nikaha cəlb olunanlardır. Bu istiqamətdə komitəmiz tərəfindən addımlar atılacaq. Bizi narahat edən məsələlərdən biri məişət zorakılığı və onun ağır nəticələridir. Bu zorakılığın bəzilərini hüquq-mühafizə orqanları bilmir. Yardım mərkəzlərinin sayının artırılmasına, şəhər və rayonlarda qaynar xəttlərin yaradılmasına ehtiyac var. Çox yaxşı qanunlar qəbul edirik, amma icra mexanizmi çox zəifdir”,- deyə deputat əlavə edib.
Humay İSGƏNDƏRLİ