"İqtisadi və psixoloji zəmində də zorakılıq var, bu istiqamətdə də statistika varmı?"
“Bütün statistikalarda fiziki məişət zorakılığı önə çəkilir”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
“Amma iqtisadi və psixoloji zəmində də zorakılıq var. Bu istiqamətdə də statistika varmı? Baxın, bu istiqamətdə araşdırma aparılarsa, problemlər aradan qaldırılarsa, məişət zorakılığı halları azalar”,- deyə deputat vurğulayıb.
Humay İSGƏNDƏRLİ