"Bunun səbəbi “TikTok”dur, Azərbaycandakı bəzi filmlərdir" - Siyavuş Novruzov qadınların öldürülməsindən DANIŞDI
![](https://img.redaktor.az/news/2023/12/photo_225959.jpg?v=MDI6MDYyMDIzLTEyLTE5IDEyOjM4OjQw)
“Mediada oxuyuruq ki, “həyat yoldaşı arvadını öldürdü”, “ata qızını öldürdü”, “qardaş bacını öldürdü”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O vurğulayıb ki, belə çıxır ki, gündə 2-7 arası qadın öldürülür:
“Bu da il ərzində neçə mindən çox qadının öldürülməsi deməkdir. Bunun səbəbi “TikTok”dur, Azərbaycandakı bəzi filmlərdir. Kişi Rusiyaya gedir, gəlir arvadını öldürür”.
Humay İSGƏNDƏRLİ