"Zorakı kişilərlə bağlı layihəmiz var" - Bahar Muradova

 12:37 19.12.2023     281

“2022-ci ildə 55 məişət zorakılığına məruz qalan qadından 51 nəfəri ölüb”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

“2021-ci ildə bu ölüm sayı 46 olubdur. Ona görə zorakı kişilərlə bağlı layihəmiz var. Qurbanı müdafiə etməkdən çox, zorakı şəxslə bağlı psixoloji işlər aparılsın”,- deyə Bahar Muradov deyib.

Humay İSGƏNDƏRLİ