Bahar Muradova boşanmaların əsas səbəbini AÇIQLADI

 13:00 19.12.2023     431

"Boşanmaların bir çoxu ailədəki iqtisadi problemlərlə bağlı olur".

Redaktor.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, boşanmadan sonrakı müddətdə problem daha da böyüyür.

"Ona görə də Aliment Fondunun yaradılması ilə bağlı tövsiyələr aidiyyəti üzrə təqdim olunub. Hesab edirəm ki, bu işdə dövlətin dəstəyi önəmlidir”, - deyə B.Muradova bildirib.

Humay İSGƏNDƏRLİ