“Səyyar qəbul otağı” Salmanlı kəndində
![](https://img.redaktor.az/news/2023/12/photo_226008.jpg)
SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib.
Redaktor.az xəbər verir ki, Salmanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 2 abonent qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb.
Raiq Bayramovla Cəmil Sətiyev debitor borca görə dayandırılmış qaz təchizatının bərpa edilməsini və yaranmış borcun hissə-hissə ödənilməsində möhlət verilməsini istəyiblər. Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan hər iki müraciətin qeydiyyatını aparıblar.
![2](https://img.redaktor.az/gallery/2023/12/226008_65819744ba5d3.jpeg)
![2](https://img.redaktor.az/gallery/2023/12/226008_65819744ba63f.jpeg)