Türkiyə şirkəti Kəlbəcər və Laçında 5 SES tikəcək
![](https://img.redaktor.az/news/2023/12/photo_226231.jpg?v=MDc6MzIyMDIzLTEyLTIyIDEwOjA2OjA0)
Gələn həftə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin "Dəmirörən" Holdinqi Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının yenidən qurulmasına dair saziş imzalayacaqlar.
Redaktor.az xəbər verir ki, bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” panelində çıxışı zamanı bildirib.
O bildirib ki, hazırda AİŞ türk şirkətləri ilə daha üç layihə hazırlayır.