"Futbol oyununa içimizdəki ermənilər sevinmirdi"

 11:27 22.12.2023     175

“Bu gün Qarabağın ərazisində top səsi, atəş səsi gəlmir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Qarabağdan traktor səsi, qaldırıcı kran səsi gəlir. Qarabağ yenidən qurulur, bərpa olunur. İnsanların sevincli bir dövründə ayrı-ayrı qurumlara müraciət edib, Azərbaycana qarşı sanksiya istəyirlər. O tərəfdə futbol oyununa sevinməyənlər ermənilər idisə, bu tərəfdə də içimizdəki ermənilər sevinmirdi”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ