"Bu mərkəzlərdə “gizli müştəri” qismində müşahidələr aparılıb"
“Bu hesabat abonentlərin “Azəriqaz” İB-nin fəaliyyətini ümumilikdə necə qiymətləndirmələri, eləcə də ASAN Xidmət və “ASAN Kommunal” xidmət mərkəzlərində göstərdiyi xidmətlərdən "104-185" çağrı mərkəzlərinin fəaliyyətindən məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilmiş sorğunun nəticələrini əks etdirir”.
Redaktor.az xəbər verir ki, bunu bu gün SOCAR “Azəriqaz” İB-də keçirilən “Açıq qapı” aksiyasında QBS Consultingin məsul nümayəndəsi Rəşad İsgəndərov “Azəriqaz”ın fəaliyyətinin qiymətləndirilməsi üzrə keçirdiyi sorğunun nəticələrini açıqlayarkən deyib.
Onun sözlərinə görə, sorğu Bakı şəhərində “Azəriqaz” abonentləri arasında təsadüfi qaydada seçilmiş 1850 nəfərlə telefon vasitəsilə, habelə ictimai yerlərdə 150 nəfərlə üzbəüz formada olmaqla ümumilikdə 2000 nəfər arasında keçirilib:
“Həmçinin Bakı şəhərində yerləşən “ASAN Kommunal” mərkəzində göstərilən xidmətlərin yerində qiymətləndirilməsi məqsədilə bu mərkəzlərdə “gizli müştəri” qismində müşahidələr aparılıb”.
Həmidə İBRAHİMLİ