Gələn il ehtiyac meyarının həddi 270 manat olacaq - Prezident imzaladı

 12:23 26.12.2023     267

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.