Evdəki hörümçəklərdən xilas olmağın ən sadə YOLU

 12:31 27.12.2023     403

Güclü qoxusu olan məhsullar evdəki hörümçəklərdən qurtulmağa kömək edəcək.

Redaktor.az bu barədə "BelNovosti" portalına istinadən xəbər verir.

Mütəxəssislər ən asan seçim kimi xüsusi qoxuları olan efir yağlarından istifadə etməyi tövsiyyə edir. Hörümçəkləri yox etmək üçün evin ətrafına nanə qoxusu olan parçalar və ya pambıq yastıqcıqlar qoymaq lazımdır. Mütəxəssislər təmizləmə prosesində rozmarin əsaslı dəmləmədən də istifadə etməyi məsləhət görürlər.

Nanə ilə yanaşı, hörümçəklər sitrus meyvələrinin qoxusuna dözə bilmirlər. Yalnız efir yağları deyil, həm də təbii hava təravətləndiricilər - portağal və ya naringi qabıqları da istifadə etmək olar.

Qeyd edək ki, mütəxəssislər mənzildə həşəratlara qarşı sirkə məhlulu və paltar sabunu istifadə etməyi də  məsləhət görür. Bunu etməzdən əvvəl qarderobunuzda çirkli əşyaların olub olmadığını yoxlamaq lazımdır - bir qayda olaraq, güvələr təmiz paltarlara zərər vermir.

NƏRGİZ