Avarçəkmə Federasiyası het-trik etdi - FOTO
![](https://img.redaktor.az/news/2023/12/photo_226888.jpg?v=MDg6MDUyMDIzLTEyLTI3IDEzOjQxOjIw)
Gənclər və İdman Nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib. Tədbir zamanı müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin idman federasiyası nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Prezident Kuboku-2023” reqatası ilin idman tədbiri nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib.
“Prezident kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi isə 2023-cü ilin ən yaxşı idman qurğusu nominasiyasında birinci yerə layiq görülüb.
![2](https://img.redaktor.az/gallery/2023/12/226888_658bf10f2827e.jpeg)
![2](https://img.redaktor.az/gallery/2023/12/226888_658bf140f39a5.jpeg)