“Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər" - Nazirlik

 15:25 27.12.2023     375

Qızılca xəstəliyinə yoluxan insanların simptomları uşaq və böyüklər üçün eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirir.

Redaktor.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, 40 yaş üzəri insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəziləri ümumiyyətlə peyvənd olunmayıb.

A.Əliyeva xatırladıb ki, qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir:

“Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla 1 və 6 yaşında vurulmalıdır. 6 yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər”.