80 nəfər də Laçına getdi

 09:21 28.12.2023     211

Bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Laçına daha 25 ailə - 80 nəfər köçürülüb.

Qeyd edək ki, Bakı şəhərindən 13 ailə-38 nəfər, Bərdə rayonundan 5 ailə -17 nəfər, Sumqayıt şəhərindən 5 ailə -15 nəfər, Abşeron rayonundan 2 ailə-10 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.