"Qiymətlər "od tutub yanır"" - Razi Nurullayev

 11:35 30.12.2023     748

“Bazarlarda və markertlərdə olan bahalıqdan danışmaq istəyirəm”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

“Özüm bazar və marketlərdə tez-tez oluram, mənə də müraciətlər daxil olur. Qiymətlər od tutub yanır. Bu qiymətlər aşağı gəlirli təbəqə və işsizlilər üçün çox çətin vəziyyət yaradır. Araşdırmada etmişəm işsizlik boşanmanların sayına da çox təsir edir. Məhsulun qiyməti qalxır, maaş yox. Rayonlarda çalışanlar üçün artım cuzi şəkildə olur. Bahaçılığı idarə etmək üçün dövlət səviyyəsində proqramlar olmaldır”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ