"Yarı Avropalı, yarı Şərqli cəmiyyətlərdə ailə münaqişələri çox olur"

 12:24 30.12.2023     236

“Dövlət ailə institutunun qorunması üçün ciddi addımlar atır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında danışarkən deyib.

“Bəs, cəmiyyətimizdə ailə institunun qorunması üçün hansı addım atılır? Yarı Avropalı, yarı Şərqli cəmiyyətlərdə ailə münaqişələri çox olur. Gerçəklikdə bu gün Azərbaycan qadınına təhsil hüququ, həyat yoldaşı seçmə hüququ verilmir. İstedadlı bir qızın xaridə gedib təhsil alması ailənin əlindədir. Ailə icazə vermirsə, o istedadlı qız xaricdə təhsil ala bilmir”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ