Bakıda bu xəstəxanada ilk dəfə beyin əməliyyatı həyata keçirildi - FOTO

 14:48 08.01.2024     435

Sabunçu Tibb Mərkəzinin yeni təmir olunan Əməliyyat blokunda ilk beyin əməliyyatı həyata keçirilib.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, ağır yol-nəqliyyat hadisəsi nəticəsində başın sol gicgah nahiyəsindən ağır xəsarət alan 2000-ci il təvəllüdlü xəstəyə (cinsi kişi) alın nahiyəsinin 20 mm-lik epidural hematoma, sol gicgah və təpə paylarının kontuziyası diaqnozu qoyulub.

Əməliyyat uzman neyrocərrah Sait Mercan tərəfindən uğurla icra olunub.

Hazırda pasiyentin müalicəsi Cərrahiyyə profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Redaktor.az

22