"Azəriqaz" Şəki sahibkarları ilə görüş keçirəcək
![](https://img.redaktor.az/news/2024/01/photo_227984.jpg)
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Qurumdan Redaktor.az-a bildirilib ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəki şəhərində görüşü təşkil olunacaq. Aksiya M.F.Axundov Parkında baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 10-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
![2](https://img.redaktor.az/gallery/2024/01/227984_659c02f5a1dd5.jpg)