Gənclik massivinin sakinləri “Açıq mikrofon”da - FOTO
![](https://img.redaktor.az/news/2024/01/photo_228084.jpg)
Oğuz rayonunda keçirilən "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyasında ümumilikdə 7 müraciət ünvanlanıb.
Redaktor.az xəbər verir ki, mikrofon önünə çıxan sakinlərdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Fərdi yaşayış evlərindən başqa Gənclik massivi ilə rayonun Mollalı kəndinin də mavi yanacaqla təmin edilməsini istəyənlər olub. Qalan 2 müraciətdə isə küçə qaz xəttinin çəkilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Zaqatala RQİİ-nin rəhbər şəxsləri bildiriblər ki, ünvanlanan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək.
![2](https://img.redaktor.az/gallery/2024/01/228084_659d40662ed96.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/01/228084_659d40662ee00.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/01/228084_659d40662ee35.jpg)