"Sosial tərəfdaş" layihəsinin icrasına başlanılıb"
![](https://img.redaktor.az/news/2024/01/photo_228157.jpg)
“Ötən il müavinət və təqaüd təminatı, ünvanlı sosial yardım proqramının icrası da uğurla davam etdirilib”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.
Onun sözlərinə görə, həmçinin sosial ödəniş alan vətəndaşlara sosial dəstək məqsədilə DSMF tərəfindən "Sosial tərəfdaş" layihəsinin icrasına başlanılıb:
“Belə ki, sosial ödəniş alan vətəndaşlara bu layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunur”.
Həmidə İBRAHİMLİ