Pensiyalar bu qədər artacaq - RƏSMİ
![](https://img.redaktor.az/news/2024/01/photo_228164.jpg?v=MDI6MTYyMDI0LTAxLTEwIDEzOjA4OjMy)
“Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir”.
Redaktor.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək.
“Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir”, - deyə H.Məmişov bildirib.
H.İBRAHİMLİ