Sahibkarlarla ilin ilk görüşü Şəkidə baş tutdu
![](https://img.redaktor.az/news/2024/01/photo_228205.jpg)
Şəki şəhərində keçirilən "Açıq mikrofon" aksiyasına əsasən Bolludərə kəndinin kiçik sahibkarları təşrif buyurub.
Redaktor.az xəbər verir ki, ənənəyə uyğun olaraq "Səyyar qəbul otağı"nı giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi məsləhət və tövsiyələrini sahibkarların diqqətinə çatdırıb. Daha sonra mikrofon önünə sahibkarlar çıxıblar. Səslənən 8 müraciətdən 6-sı eyniyönümlü olub ki, bu da Bolludərə kəndinin kiçik sahibkarlarının mavi yanacaqla təmin olunma istəyini əhatə edib.
Görüşdə ünvanlanan bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
![2](https://img.redaktor.az/gallery/2024/01/228205_659e974b5e47a.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/01/228205_659e974b5e4d7.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/01/228205_659e974b5e507.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/01/228205_659e974b5e52e.jpeg)