Ötən il təbii qazdan istifadə edən abonentlərin sayı AÇIQLANDI

 11:39 12.01.2024     358

“2023-cü ilin yanvar-dekabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 199 375 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 47,1  %-i), 998 946 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 39,3 %-i) və 346 557 abonent 25 qəpik tariflə (ümumi abonentləin 13,6 %-i) təbii qazdan istifadə edib”. 

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, limitlərin sıfırlanması prosesi smart sayğaclar üzrə yanvar ayının ilk saat 00:00-da təmin olunub:

“Mexaniki sayğaclar üzrə isə yanvar ayının ilk iş günündən start verilərək göstəricilər çıxarılmış və abonentlərə ilin son istehlakı barədə bildiriş təqdim olunub”.

Həmidə İBRAHİMLİ