Ağdaş sakinləri "Açıq mikrofon" önünə keçdilər - FOTO
![](https://img.redaktor.az/news/2024/01/photo_228420.jpg)
"Azəriqaz"ın həftənin sonuncu "Açıq mikrofon" aksiyası Ağdaş rayonunun Qaradeyin kəndində baş tutub.
Qurumdan Redaktor.az-a bildirilib ki, "Səyyar qəbul otağı"na 30-dək kənd sakini qatılıb. Mikrofon önünə keçən vətəndaşlar sözügedən kəndə daşıyıcı qaz xəttinin çəkilməsi münasibəti ilə ölkə başçısına minnətdarlıqlarını ünvanlayıblar.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi təbii qazdan təhlükəsiz istifadə qaydalarını görüş iştirakçılarının diqqətini çatdırıb.
![2](https://img.redaktor.az/gallery/2024/01/228420_65a13ad6acb1c.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/01/228420_65a13ad6acb92.jpg)