“Azəristiliktəchizat”ın Çağrı Mərkəzi iki gün işləməyəcək
Sabahdan başlayaraq 2 gün ərzində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Redaktor.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılıması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır.
Abonentlər üzləşdikləri çətinliklərlə bağlı Cəmiyyətin rəsmi internet səhifəsinə (azeristilik.gov.az), [email protected] elektron ünvanına, “Azəristiliktəchizat”ın rəsmi sosial media hesablarına müraciət edə bilərlər.