"Azəriqaz" 4 rayonda "Açıq mikrofon" aksiyası keçirəcək

 16:39 13.01.2024     376

Növbəti həftə (15,16,18,19 yanvar tarixləri) saat 11:00-dan 12:00-dək 4 rayonda SOCAR "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, aksiya həftənin 1-ci günü Xaçmaz rayonunun Xudat şəhərində (İstisu qəsəbəsi, Şəhidlər Parkı), 2-ci günü Siyəzən rayonunun Balaca Həmyə kəndində (Klubun qarşısı), 4-cü günü Quba rayonunun Vladimirovka kəndində (İcra nümayəndəliyi), 5-ci günü isə Xızı rayonunun Şuraabad qəsəbəsində (Bələdiyyə binası) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.