Bu klinikada onlayn növbəni yalnız belə əldə edə bilərsiniz

 13:37 15.01.2024     1558

Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən istifadə üçün onlayn növbəni (randevu) ancaq “E-TƏBİB” mobil tətbiqi üzərindən əldə etmək mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə klinikanın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, digər saytlar üzərindən götürülən növbələr (randevular) Yeni Klinikada keçərli deyil.

Qeyd olunub ki, hələ ki, onlayn növbə bütün şöbələr üçün aktiv deyil, onlayn növbə yaxın zamanda sistemli şəkildə bütün şöbələr üzrə həllini tapacaq.

T.İSMAYIL