Partlayışa görə 2 marşrutun hərəkəti müvəqqəti dəyişdirildi
![](https://img.redaktor.az/news/2024/01/photo_228680.jpg?v=MDI6MzEyMDI0LTAxLTE1IDE3OjQ1OjIz)
Binəqədi rayonunda baş verən partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilərək S.S.Axundov küçəsindən təşkil edilib.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.